Milli komandamızın yoldaşlıq görüşünə heyəti açıqlandı
11.08.2012 - 13:43
Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının yoldaşlıq görüşünə heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, almaniyalı baş məşqçi Bernard Lippert avqustun 15-də Estoniya yığması ilə Bakıda AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da saat 20:00-da keçiriləcək oyuna 22 futbolçu çağırıb. Bunlar Mirhüseyn Seyidov, Eşqin Quliyev, Araz Abdullayev, Elvin Yunuszadə, Cavid İmamverdiyev, Tərlan Quliyev, Emin Mehtiyev (hamısı “Neftçi”), Səlahət Ağayev, Murad Ağayev (hər ikisi "Sumqayıt"), Orxan Həsənov, Ruslan Tağızadə, Cavid Tağıyev (hamısı AZAL), Elnur Abdulov, Tural İsgəndərov, Osman Umarov, Qara Qarayev (hamısı “Qarabağ”), Abdulla Abasiyev ("İnter"), Orxan Sadıqlı ("Xəzər Lənkəran"), Urfan Abbasov ("Qəbələ"), Rəhman Hacıyev ("Bakı"), Amit Quluzadə ("Rəvan”) və Bədavi Hüseynovdur ("Anji" , Rusiya).
Dəvət olunanlardan 21-i Premyer Liqamızda oynayan, yalnız biri kənarda çıxış edəndir. Söhbət bu il millimizdə debüt edən “Anji”nin əvəzedici komandasının müdafiəçi Bədavi Hüseynovdan gedir. Cari mövsümdə “Xəzər Lənkəran”ın əsas qapıçısı olmaqla diqqət mərkəzinə düşən Orxan Sadıqlı ilk dəfə yığmaya çağırılıb.

0
0