“Oyun demək olar ki, bizim üstünlüyümüz şəraitində keçdi”
08.09.2012 - 11:47
“Oyun demək olar ki, bizim üstünlüyümüz şəraitində keçdi”
“Azərbaycanlı azarkeşlərin himnimizi belə nifrətlə fitə basacaqlarını gözləmirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycanla heç-heçə (1:1) bitən oyundan sonra Almaniyanın “Kayzerslautern” klubunda çıxış edən İsrail yığmasının yarımmüdafiəçisi Gili Vermut deyib.

O bildirib ki, himlərinin fitə basılması onları oyuna daha çox motivasiya edib: “Azərbaycanlı azarkeşlərin himnimizi fitə basması bizi oyuna daha çox motivasiya etdi. Ancaq heyf ki, qalib gələ bilmədik. Biz Azərbaycandan yaxşı oynadıq, oyun demək olar ki, bizim üstünlüyümüz şəraitində keçdi. Hesabı qoruyub saxlamaq lazım idi. Təəssüf ki, biz bunu bacarmadıq”.