İkisi qayıtdı, ikisi yox
18.10.2012 - 15:40
“Sumqayıt” Topaz Premyer Liqasının IX çərçivəsində “Rəvan”la ev oyununa hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, doğma arenada hazırlaşan sumqayıtlılar gündə 2 məşq keçir.
Bir müddət əvvəl əməliyyat olunmuş hücumçu Ruslan Qurbanov artıq fərdi məşqlərə başlayıb. Zədəsini sağaltmış yarımmüdafiəçi Uğur Pamuk da komanda ilə birlikdə hazırlaşır. Müdafiəçi Xəyal Mustafayevlə qapıçı Elçin Sadıqov isə zədə səbəbindən son məşqdə iştirak edə bilməyib.
Qeyd edək ki, millinin heyətindən qayıdan qapıçı Səlahət Ağayevlə yarımmüdafiəçi Murad Ağayev də artıq “Sumqayıt”ın almaniyalı baş məşqçisi Bernhard Raabın sərəncamındadır.

0
0