Türkiyə yığmasında dava düşdü
19.10.2012 - 15:09
Türkiyə yığmasında dava düşdü
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rumıniya ilə ev, Macarıstanla səfər oyunu öncəsi Türkiyə yığmasında qalmaqal yaşanıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən xəbərinə görə, “ay-ulduzlular”ın 0:1 hesabı ilə uduzduğu görüşdən qabaq futbolçular arasında dava düşüb.

Millinin kapitanı Əmrə Bələzoğlu matçın başlamasına az qalmış qələbə qazanmaq üçün komanda yoldaşlarına tövsiyə verib: “Dostlar, gəlin, zədə və bu kimi şeyləri bəhanə gətirməyək. Fədakar olaq. Meydana çıxıb, bu iki oyunu qazanaq”.

Amma Əmrənin bu sözləri yüngül zədəsi olan Səlçuk İnanın xətrinə dəyib. O, Əmrəyə sərt cavab verib və bundan sonra futbolçular arasında söz davası başlayıb.

Mübahisənin böyüdüyünü görən qapıçı Volkan Dəmirəl İnana kapitanla belə danışmağın düzgün olmadığını deyib. Elə əsas hadisələrdə bundan sonra başlayıb. Digər “Qalatasaray”lı Burak Yılmaz Volkanın Səlçuğu döymək istədiyi zənn edib. Hücumçu Volkanın üstünə cumaraq, onu vurub.

Qalmaqal barədə xəbər tutan baş məşqçi Abdulla Avcı isə Burak Yılmazla Səlçuk İnanı heyətdən kənarlaşdırıb.