Vilya “Barselona”dan gedir?
20.10.2012 - 09:19
Vilya “Barselona”dan gedir?
İspaniya milli komandasının futbolçusu David Vilya şərəfini qoruduğu “Barselona” klubundan ayrılmağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, buna səbəb hücumçunun əsas heyətə düşməklə bağlı problem yaşamasıdır. Vilya bu yaxınlarda klub rəhbərliyi və baş məşqçi Tito Vilanova ilə məsələyə aydınlıq gətirməyə çalışacaq. Əgər danışıqlar Davidi qane etməsə o, qışda transfer olunmasını xahiş edəcək.

Qeyd edək ki, ağır zədədən sonra izin müddət bərpa prosesi keçən Vilya əsas heyətdə möhkəmlənə bilmir.