“Mona Liza” qədər qiymətli
06.12.2012 - 20:43
“Mona Liza” qədər qiymətli
“Mançester Siti”də Karlos Teves, Serxio Aquero və Edin Dzekonun kölgəsində qalan Mario Balotellinin adı yenidən İtaliya klublarında hallanır. Apasport.az saytının məlumatına görə, İtaliya mətbuatı bu mövsüm A seriyasında pis günlər yaşayan ”Milan”nın, Balotelli ilə yaxından maraqlandığını gündəmə gətirib. Hücumçunun meneceri Mino Rayola isə bu yayılan xəbərləri təkzib edib:

“İtaliyanın heç bir klubu Marionu ala bilməz. Çünki rəssam Leonardo da Vinçinin çəkdiyi “Mona Liza” şəkili neçə qiymətlidirsə, Balotellidə elədir. Bu da bütün İtaliya komandaları üçün çox bahalıdır”.