Belözoğlunun həbs olunması tələb edildi
06.12.2012 - 21:10
Belözoğlunun həbs olunması tələb edildi
Türkiyə prokurorluğu “Atletiko”nun futbolçusuna 6 aydan 2 ilədək həbs cəzasının verilməsini tələb edir. Apasport.az saytının məlumatına görə, bu Əmre Belözoğludur.

Belə ki, Türkiyə milli komandasının üzvü ötən mövsüm “Trabzonspor” – “Fənərbaxça” qarşılaşmasında qara dərili Didye Zokoraya qarşı irqçilik etdiyi iddia edildiyi üçün yerli prokuror bu qərarı verib.

Qeyd edək ki, aprel ayında reallaşan matçda “sarı-bülbüllər”in oyunçusu ilə Qaradəniz təmsilçisinin futbolçusu arasında insident baş vermişdir. Qarşılaşmadan dərhal sonra Zokora Əmrenin ona qarşı irqçi ifadələr işlətdiyini iddia etmişdi. Bundan sonra “Trabzonspor” rəhbərliyi bir neçə yerli məhkəmələrə müraciət edərək məsələyə aydınlıq gətirilməsini tələb etmişdir.