“Rauf Əliyevi meydana buraxmağım riskli idi”
19.01.2013 - 22:47
“Bakı”nın baş məşqçisi Bojidar Bandoviç bu gün Bolqarıstanın “Eter” klubu ilə yoxlama oyunundan sonra azərbaycanlı jurnalistlər üçün brifinq keçirib. Apasport.az saytının Antalyaya ezam olunmuş məlumatına görə, çalışdırıcı komandanın hazırlığı, baxışda olanlar, müqavilə bağlamaq istədikləri Kamran Ağayevlə Rauf Əliyev haqda fikirlərini bildirib.
- Yoxlama oyunlarında rəqiblər sizi qane edirmi?
- Burda çoxlu komanda olmadığından, seçimimiz az idi. Çünki rəqiblərin əksəri başqa yerlərdə təlim-məşq toplanışındadır. Mən istəyirəm ki, 4-cü yoxlama oyununu da keçirim. Bu matç Bakıya qayıdandan sonra - fevralın 3-də olacaq. Əsas məsələ odur ki, bizdə zədələr baxımından problem yoxdur. İnşallah, belə də gedər.
- Yeni transferlər maraq doğurur. Bu gün yoxladığınız 2 futbolçu – ukraynalı müdafiəçi Anatoli Stukalovla makedoniyalı yarımmüdafiəçi Bujamin Asaninin oyununa necə qiymət verərdiniz?
- Təbii ki, yeni futbolçuya adaptasiya üçün vaxt lazımdır. Üç günə rəy vermək çətindir. Növbəti günlərdə öz seçimimi edəcəyəm. Təbii ki, bizə lazım olan futbolçuları seçəcəyik.
- Kamran Ağayevlə Rauf Əliyevin nə vaxt “Bakı”nın heyətində görə biləcəyik?
- Hər ikisi millinin üzvləridir və oynamaq gücünə malikdirlər. Ancaq Raufda bir az fiziki cəhətdən zəiflik var. Bunu götürdüyümüz test göstərdi. Zədə almaq riski olduğundan, bu gün meydana buraxmadım. Gələn həftə bir az ehtiyatlı olmalıyıq. Çünki Əliyev hələ formada deyil. Buna görə onun üçün əlavə məşqlər nəzərdə tutmuşuq.
- Bu 2 futbolçu “Bakı”ya sizin, yoxsa klub rəhbərliyinin istəyi ilə gəlib?
- Mənim. Onların transferinin nə vaxt rəsmiləşəcəyi haqda bir şey deyə bilmərəm.
- Kamranla ondan nə gözlədiyinizlə bağlı söhbətləşmisinizmi?
- Təbii ki, futbolçularla söhbətləşərək, bizə nə lazım olduğunu onlara başa salmışıq. Onu başa düşmək lazımdır ki, dekabrda sərbəst futbolçu çox yoxdur. Çünki klubları ilə müqavilələri var. İyunda transferlər daha rahat olur.
- Ağayevin növbəti yoxlama oyunlarlnda meydana çıxmağı gözlənilir?
- Kamran uzun müddətdir oynamadığından, onda da fiziki durum istənilən səviyyədə deyil. Təbii ki, Ağayevin də məşqləri yavaş-yavaş artacaq. Əlbəttə, o, çox yaxşı qapıçıdır.
- “Bakı”nın hücumçu almaqda gecikməyi ilə razısınız?
- Mən bunu demişəm ki, biz bir az gecikirik. İstəyərdim ki, yeni futbolçular artıq məşqlərdə olsun və yoxlama oyunlarında meydana çıxsınlar. Təbii ki, arxada qalan dövrü yox, qabağı fikirləşməliyik. Mən və köməkçilərim yeni futbolçuların daha tez adaptasiya olunacağına çalışacağıq.
- Komanda “altılığ”a düşməsə, yeni transferləriin vaxtında edilməməyi, Kamranla Raufun hazırlığının istənilən kimi olmamağı kimi məsələlər baş məşqçi üçün səbəb olacaq?
- Ola bilər. Mən dediyim vacib şeylərdir və bunlar komandaya təsir edə bilər.
Mehman SÜLEYMANOV
ANTALYA

0
0