"Bursaspor" qazandı, "Beşiktaş" büdrədi
19.01.2013 - 23:33
"Bursaspor" qazandı, "Beşiktaş" büdrədi
Türkiyə Superliqasında XVIII turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ikinci matç günündə üç qarşılaşma baş tutub.

Evində "Kayserispor"u qonaq edən "Bursaspor" inamlı qələbə qazanıb. Rəqibini 2:1 hesabı ilə məğlub edən Bursalılar 2013-cü ildə ilk 3 xalına sevinib.

"Beşiktaş" isə yeni ilə xal itkisi ilə başlayıb. Doğma azarkeşləri önündə "İstanbul BB"la qarşılaşan “qara-qartallar” meydandan 2:2 hesablı bərabərliklə ayrılıb.

Qeyd edək ki, Türkiyə Superliqasının XVIII turuna yanvarın 21-də yekun vurulacaq.


Türkiyə Superliqası

XVIII tur

18 yanvar

"Kasımpaşa" - "Qalatasaray" - 2:1
İbriçiç, 28, Viudez, 50 - Elmander, 18

19 yanvar

"Sivasspor" - "Qaziantepspor" 0:0

"Bursaspor" - "Kayserispor" 2:1
Pinto, 25, Belluski 40 – Bobo, 18

"Beşiktaş" - "İstanbul BB" 2:2
Sivok, 28, Şahan, 57 – Holmen, 22, Madureira, 65

20 yanvar

"Antalyaspor" - "Gənclərbirliyi"
"Trabzonspor" - "Karabükspor"
"Fənərbaxça" - "Elazığspor"

21 yanvar

"Orduspor" - "Mersin İdmanyurdu"
"Akhisar Bələdiyyəspor" - "Əskişəhərspor"