Cavid Hüseynovun komandası “Boluspor”a qarşı
20.01.2013 - 07:56
Bu gün Azərbaycan milli komandasının yarımmüdafiəçisi Cavid Hüseynovun şərəfini qoruduğu “Adana Dəmirspor” növbəti sınaq matçına çıxacaq. Apasport.az saytının məlumatına görə, təmsilçimizin komandası evdə Türkiyə PTT 1-ci liqasının 18-ci turunda “Boluspor”la münasibətlərinə aydınlıq gətirəcək.
Hüseynovun komandasının 2013-cü ildə ilk sınaqdan necə çıxacağı maraqla gözlənilir. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, “Adana Dəmirspor” keçirdiyi 17 qarşılaşmadan 27 xal toplayıb və hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. “Boluspor” isə 23 xalla 10-cu sıradadır.
Türkiyə PTT 1-ci liqası
18-ci tur
20 yanvar
21:00. “Adana Dəmirspor” - “Boluspor”

0
0