Bahodir Nasimov: Onların dəstəyi ilə çətin günləri arxada qoydum
20.01.2013 - 10:22
“İlk olaraq onu deyim ki, yaşıl meydana qayıtdığıma görə sevinirəm. Komanda rəhbərliyinin və yoldaşlarımın dəstəyi ilə çətin günləri arxada qoydum”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin hücumçusu Bahodir Nasimov deyib.
Təcrübəli oyunçu müəyyən vaxtdan sonra zədə problemini arxada qoyub. Nasimov meydana qayıdışını isə qolla qeyd edib. O, Türkiyədə “Rotor”la yoxlama oyunda qələbə topunu vurub. Bahodir görüşdən sonra klubunun rəsmi saytına fikirlərini açıqlayıb: “Rotor”la oyun maraqlı keçdi. Matçdakı təhlükəli vəziyyətlərin çoxu rəqib qapısı ağzında yarandı. Nəticədə qələbə qazandıq. Komandanın qələbə qolunu vurmağım isə mənim üçün əlavə stimul oldu. Vobayın ötürməsindən sonra mənə başla topa toxunmaq qaldı. Bundan sonra hər matçda meydana çıxıb komandamızın qələbəsində pay sahibi olmaq istəyirəm”.
Qeyd edək ki, “Neftçi” “Rotor”a 1:0 hesabı ilə qalib gəlib.

0
0