“Xəzər Lənkəran” böyük hesabla uduzdu
22.01.2013 - 20:44
“Xəzər Lənkəran” böyük hesabla uduzdu
Antalya hazırlıqlarını davam etdirən "Xəzər Lənkəran" bu gün ikinci yoxlama oyununa çıxıb. Apasport.az saytının xəbərinə görə, yanvarın 19-da Qazaxıstanın "Jetısu" klubu ilə bərabərliyə (1:1) qalan "ağ-yaşıllar" bu dəfə ukraynalılarla qarşılaşıblar.

Görüş cənub klubu üçün yaxşı nəticələnməyib. Belə ki, Ukrayna təmsilçisi "Xəzər Lənkəran"ı böyük hesabla məğlub etməyi bacarıb – 6:0.

Qeyd edək ki, Krivoy-Roq təmsilçisi hazırda ölkə çempionatında keçirdiyi 18 görüşdən topladığı 21 xalla 12-ci yerdə qərarlaşıb.

"Xəzər Lənkəran" - "Krivbass" - 0:6
QOLLAR: Samodin (2); Antonov; Dedeçko; İvanşenko; Babatunde
"Ela Quality Resort" otelinin meydançası

“Xəzər Lənkəran”: (Start heyəti) Orxan Sadıxlı, Manuel Skarlatake, Elnur Allahverdiyev, Skarduelli Vanderson, İvan Deniseviç, Elnur Abdullayev, Rahid Əmirquliyev, Alviz Roberto, Uğur Pamuk, Adrian Pit, Elnur Cəfərov.


Oyuna "Krivbass" başladı.
"Krivbass" korner vurur.
"Krivbass"in sol cinahdan hücumu təhlukəli alindi.
"Xəzər Lənkəran" hücum qurmaqda çətinlik çəkir.
Rəqib Pitə qarşı kobud oynayır.
Abdullayev bir hücumçunu aldadıb qapıya zərbə vurdu. Amma top qapıçının üstünə getdi.
Abdullayevi yıxdılar.
Elnur özü cərimə zərbəsini yerinə yetirdi. Top qapının üstündən keçdi.
"Krivbass" əks-hücumda hesabı açdı - 0:1.
Samodin fərqləndi.
Abdullayevə qarşı arxadan aşkar kobudluq edilir.
Hakim rəqibə sarı vərəqə göstərdi.
Vandersonun təxminən 25 metrdən zərbəsi əla alındı.
Qapıçı topu kornerə çıxartdı.
Bu dəfə Orxan məharətini göstərir. O rəqibin güclü zərbəsini kornerə çıxarır.
Meydana Kamran Abdullazadə, Kazım Kazımlı, Sadio Tounkara, Gökhan Güləç çıxır.
Onlar Allahverdiyev, Pit, Cəfərov və Pamuku əvəzləyirlər.
Antonov "Krivbass"ın ikinci qolunu vurur - 0:2.
"Xəzər Lənkəran" qapısında üçüncü qolu görür. Bu dəfə Dedeçko fərqlənir - 0:3.
43-cü dəqiqədə Samodin dublunu rəsmiləşdirir. O bu dəfə başla qol vurur - 0:4.
Skarlatakeyə qarşı kobudluq edilir. O yerdə qalıb, həkimlər ona yardım edirlər.
"Krivbass" 5-ci topu "Xəzər Lənkəran"ın qapısından keçirdi. İva Senko fərqləndi.
Babatun 6-cı topu "Xəzər Lənkəran"ın qapısından keçirdi.