AZAL “Dalyan”la bərabərə qaldı - YENİLƏNİB
22.01.2013 - 21:00
AZAL “Dalyan”la bərabərə qaldı - YENİLƏNİB
Türkiyədə təlim-məşq toplanışında olan AZAL bu gün növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Vaqif Sadıqovun yetirmələri Çinin “Dalyan” klubu ilə qüvvələrini sınayıb.

İlk matçda “Volın”a (Ukrayna) 1:3 hesabı ilə uduzan Bakı təmsilçisi asiyalılarla oyunda ilk qələbəsini qazanmağa çalışacaqdır. Lakin bu baş verməyib. Matçda “təyyarəçilər” əvvəlcə hesabı açsalar da, sona qədər bu üstünlüyü qoruya bilməyib – 1:1.

Qeyd edək ki, “Dalyan” Çin çempionatını 5-ci yerdə bitirib.

AZAL (AZƏRBAYCAN) – “DALYAN” (ÇİN) - 1:1
Qol: Veliçka, 67