Yozef Blatter: Azərbaycana üz tutsaq... - MÜSAHİBƏ
22.01.2013 - 12:52
FİFA-nın prezidenti affa.az və affavideo.az saytlarına müsahibə verib. Apasport.az saytının məlumatına görə, beynəlxalq qurumun rəhbəri Azərbaycanda keçirilən 17 yaşadək qızların dünya çempionatının təşkilatı məsələlərinin yüksək səviyyədə olmasından danışıb və ölkəmizin hər bir yarışı təşkil etməyə hazır olduğunu bildirib.
- Bir neçə ay öncə Azərbaycanda FİFA U-17 Qadınlarası Dünya Çempionatı təşkil olundu. Turnirin təşkilatçılığı ilə bağlı təəssüratlarınızı bizimlə bölüşməyinizi xahiş edirik.
- Öncə onu qeyd etməliyəm ki, bu turnir ilk dəfə idi ki, bir müsəlman ölkəsində keçirilirdi və bu amil futbolun bütün cəmiyyətlərdə inkişaf etməsi üçün çox faydalıdır. Bu baxımdan həmin çempionat tarixi önəm daşıyan bir hadisə idi. Təşkilati işlərə gəldikdə isə, hər şey mükəmməl səviyyədə təşkil olunmuşdu. Təşkilatçılar, söz verildiyi kimi, stadion tikib təhvil verdilər. Turnir gözəl keçirildi və Azərbaycan digər FIFA turnirlərini, eləcə də 2015-ci il Avropa Olimpiya oyunlarını keçirməyə hazırdır və ümumiyyətlə, Azərbaycan bu baxımdan düzgün yoldadır.
Bakıda keçirilən U-17 qadınlararası dünya çempionatında biz dünyaca məhşur müğənnilərin çıxışlarını izlədik. Bununla təşkilatçılar futbol və mədəniyyətin vəhdətini yaratdılar. Futbol da məhz bir mədəniyyətdir və cəmiyyətin vacib bir hissəsidir. Ölkənizi və xüsusən də Azərbaycan futbol ictimaiyyətini bu münasibətlə təbrik edir, dövlətinizin başçısı cənab İlham Əliyevə öz hörmətimi və xoş arzularımı çatdırıram.
- İlk çempionatın müvəfəqiyyətlə keçirilməsi Azərbaycanın gələcəkdə digər beynəlxalq turnirlərə ev sahibliyi etmək imkanını nə dərəcə artırdı?
- AFFA-nın FİFA-ya dərhal məktubla müraciət edərək U-17 və U-20 futbol turnirlərini, ümumiyyətlə, FİFA təqvimində öz əksini tapmış istənilən yarışı keçirmək üçün öz namizədliklərini irəli sürməyi tövsiyə etmişəm. Bütün növ turnirlər, həmçinin çimərlik futbolu və futzal yarışları müraciət üçün açıqdır. Biz artıq bilirik ki, əgər Azərbaycana üz tutsaq, mütləq yüksək səviyyədə təşkilatçılıqla üzləşəcəyik. FİFA olaraq, bunu bilmək bizim üçün çox önəmlidir. Azərbaycan dünyanın elə bir önəmli nöqtəsidir ki, burada müxtəlif mədəniyyətlər uzlaşır. Bilirsiniz ki, Azərbaycan sözün həqiqi mənasında tarixi mərkəzdə - mədəniyyətlərin qovuşağındadır və bu, futbol naminə çox faydalıdır. Çünki futbol hamı üçündür.

0
0