Vobay qovuldu
23.01.2013 - 21:00
Vobay qovuldu
Antalyada hazırlıq prosesində olan "Neftçi" bu gün üçüncü yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, "Neftçi" Makedoniya çempionatında ikinci yeri tutan "Turnovo" klubu ilə görüşüb.

Qarşılıqlı hücumlar şəraitində keçən oyunun gedişatında "Neftçi"nin yarımmüdafiəçisi Julius Vobay qırmızı vərəqə alsa da, "Turnovo"ya 2:1 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, bundan əvvəl "Neftçi" Rusiyanın "Rotor" komandasına 1:0, Qazaxıstan "Aktobe"sini isə 3:2 hesabı ilə məğlub etmişdi.

"Neftçi" - "Turnovo" - 2:1
Qollar "Neftçi": Flavinyo, 32 (1:0), Kanales, 60 (2:1)
Qırmızı vərəqə: Vobay ("Neftçi")