“Xəzər Lənkəran”ın yeni transferi seçimini etdi
23.01.2013 - 12:51
“Xəzər Lənkəran” qış fasiləsində transfer etdiyi Gökhan Güləçin geyinəcəyi formanın nömrəsi məlum olub. Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumçu yeni klubunda meydana çıxacağı nömrəni seçib.
“Ağ-yaşıllar”la 2 illik müqavilə imzalayan türkiyəli legioner yeni komandasında 24 nömrəli formada oynayacaq.
Qeyd edək ki, Gökhan “Xəzər Lənkəran”a Türkiyənin aşağı divizion təmsilçisi “Şanlıurfaspor”dan keçib.

0
0