“Danışıqlar apardığımız 1-2 futbolçu da var”
25.01.2013 - 03:17
“Danışıqlar apardığımız 1-2 futbolçu da var”
“Bir neçə epizod istisna olmaqla demək olar ki. Rəqibə sürətdə uduzmadıq. Ümumilikdə oyun pis keçmədi”. Bu sözləri apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına açıqlamasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Türkiyə toplanışı çərçivəsində Ukraynanın “Hoverla” klubuyla keçirilən yoxlama oyunundan sonra mütəxəssis matç haqda fikirlərini bildirib və heyətlə bağlı məsələlərə toxunub: “Branimir Subaşiçi meydana buraxmamağım onun tam hazır olmaması ilə bağlı idi. Onu risk edərək meydana buraxmaq istəmədim. Baxışda olan futbolçunu ilk hissəıdə oynayan əsas heyət üzvləri ilə deyil, ikinci hissədəki futbolçularla meydana buraxmağımın səbəbi var idi. Millinin oyunçuları yığmanın düşərgəsinə gedəcək. Bu üzdən onların oynaması daha vacib idi. İspan legioneri də, Subaşiçi də qarşıdakı oyunlarda meydana buraxmaq imkanım olacaq. Onun keçidi alınmasa danışıqlar apardığımız 1-2 futbolçu da var”.

Vüqar Xeyrullayev
Antalya, Türkiyə