Baxışda olan futbolçu “Kəpəz”i sevindirdi
27.01.2013 - 18:16
Bu gün "Kəpəz" növbəti yoxlama oyununa çıxıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Gəncə təmsilçisinin rəqibi Neftçalanın eyniadlı klubu olub. Görüş "Dalğa Arena"da reallaşıb.
Qarşılıqlı hücumlar və gərgin idman mübarizəsi şəratində keçən oyunda bir qol vurulub. "Kəpəz"də baxışda olan futbolçulardan Elgiz Kərimli matçın sonlarına az qalmış komandasına son nəticədə qələbə gətirən qola imza atıb.
Qeyd edək ki, bu matç Nizami yurdunun təmsilçisinin yoxlama oyunları çərçivəsində sayca üçüncü görüşü olub. "Kəpəz" bundan əvvəlki oyunlarda aşağı liqada çıxış edən "Qaradağ Lökbatan" və "İnter"in əvəzedici heyəti ilə qarşılaşıb.

0
0