Yığmamızın rəqibi planını açıqladı
31.01.2013 - 19:22
Yığmamızın rəqibi planını açıqladı
VI Bakı Beynəlxalq Futzal Turnirində çıxış edəcək Özbəkistan milli komandasının planları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycanda keçiriləcək yarışın qonağı olacaq asiyalılar turnirə ciddi önəm verir. Elə bu üzdəndir ki, Özbəkistan millisi Bakıya gəlməzdən öncə ciddi hazırlıq keçəcək. Rəqibimiz fevralın 12-16-dakı yarış ərəfəsində Daşkənddə toplanışa yığışacaq. Bu hazırlıqlar fevralın 4-11-də baş tutacaq.

Qeyd edək ki, VI Bakı Beynəlxalq Futzal Turnirində Latviya, Belarus və Moldova da çıxış edəcək.