Sergey Perednya: “Simurq”la oyun bizim üçün yaxşı dərs idi
02.02.2013 - 10:18
Sergey Perednya: “Simurq”la oyun bizim üçün yaxşı dərs idi
“Antalya toplanışında planlaşdırdığımız hər şeyə nail olduq. Hava şəraiti də bizi sevindirirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Tom” klubunun baş məşqçisi Sergey Perednya deyib.

Rusiyalı mütəxəssis başa çatan Türkiyə toplanışını dəyərləndirib. Perednya Azərbaycan təmsilçisi “Simurq”la 1:1 hesabı ilə başa çatan qarşılaşmanı da unutmayıb: “Keçirdiyimiz yoxlama oyunlarından ən çox xoşuma gələni 1-ci matç idi. Azərbaycan klubu “Simurq”la görüşürdük. Bu komanda sabiq yuqoslaviyalılar və keçmiş SSRİ məkanından olan oyunçulardan təşkil olunub. Bu bizim üçün yaxşı dərs idi”.