“Gənc futbolçular özlərini meydanda sərbəst hiss etdilər”
02.02.2013 - 10:41
“Millimizin Özbəkistan yığması ilə oyunu komandaya ilk dəfə cəlb olunan gənc futbolçuların bu səviyyədə təcrübə toplaması baxımından yaxşıdır”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
O. Azərbaycan milli komandasının BƏƏ-nin Dubay şəhərindəki toplanış çərçivəsində Özbəkistan yığması ilə keçirdiyi yoxlama oyunu haqda fikirlərini açıqlayıb: “Asiyanın güclü komandalarından biri olan rəqiblə qarşılaşmaq bu mənada yaxşı sınaq oldu. Komandamız normal oyun nümayiş etdirdi. Gənc futbolçuların ilk andan özlərini meydanda sərbəst hiss etmələrini isə xüsusi vurğulamaq istərdim”.
Məmmədov toplanış haqda da fikirlərini bildirib: “Ümumiyyətlə toplanış nəzərdə tutulan qrafikə uyğun olaraq keçirilir və komanda gündə 2 dəfə məşq edir. AFFA tərəfindən bütün təşkilati məsələlər qaydasında həll olunub”.

0
0