“İnter” son yoxlama oyununda qalib gəldi
02.02.2013 - 16:02
“İnter” son yoxlama oyununda qalib gəldi
Bu gün saat 12:00-da “İnter”in əvəzedici heyəti “Şəfa” stadionunda “Qarabağ”ın ikinci komandası ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, yoxlama xarakteri daşıyan görüş maraqlı və gərgin mübarizə şəraitində keçib.

Qarşılaşma gənc “bankirlər”in 2:1 hesablı qələbəsilə başa çatıb. “İnter”in heyətində Elvin İsmayılov və Qurbanəli Əliyev fərqlənib.

Qeyd edək ki, bu görüş “İnter”in əvəzedici komandasının toplanış çərçivəsində keçirdiyi son oyun idi. "İnter" buna qədər "Neftçi" U-17-si (1:1), “Rəvan”ın əvəzedici heyəti (1:2) və “Kəpəz”in əsas komandası (2:2) ilə gücünü sınayıb.
0