Rauf Əliyev: Lixtenşteyn milli komandasına qalib gəlsək...
03.02.2013 - 18:09
Rauf Əliyev: Lixtenşteyn milli komandasına qalib gəlsək...
“Yaxşı toplanış keçirik. Hər ilin əvvəlində milli komandanın Dubay toplanışı olur. Vacib təlim-məşq toplanışıdır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan yığmasının hücumçusu Rauf Əliyev deyib. Qış fasiləsində “Bakı”ya keçən futbolçu ilk dəfə millidə kapitan sarğısını daşıyıb. Bu, Özbəkistan yığması ilə Dubayda 0:0 hesabı ilə nəticələnən yoldaşlıəq görüşü olub.

Rauf millidə gənc futbolçuların olmağını təqdirəlayiq hal sayır: “Gündə iki dəfə məşq edirik. Hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçirəcəyik. Qarşıdakı oyunda qalib gəlsək, mart ayındakı seçmə görüşlərə daha yaxşı əhval-ruhiyyədə çıxarıq. Hər şey yüksək səviyyədədir. Milli komandanın heyətinə həmişə gənc futbolçular dəvət olunur. Onlar da çalışırlar ki, özlərini yaxşı tərəfdən göstərsinlər. Milli komandada hər futbolçu oynamaq istəyir”.

Qeyd edək ki, millimiz Dubayda növbəti oyununu fevralın 6-da Lixtenşteynlə keçirəcək.