“Oser”də 54 qol vuran hücumçu Azərbaycana gəlməkdən imtina etdi
05.02.2013 - 12:45
“Oser”də 54 qol vuran hücumçu Azərbaycana gəlməkdən imtina etdi
Polşa milli komandasının futbolçusu İreniuş Yelen karyerasını Azərbaycanda davam etdirməkdən imtina edib. Apasport.az saytının məlumatına görə, hazırda klubsuz olan 32 yaşlı hücumçu İsveçrə, Fransa, Səudiyyə Ərəbistanı ilə yanaşı ölkəmizdən də təklif alıb. Lakin bütün bu variantlardan imtina edən Yelen Çin klubu ilə danışıqlar aparmağı məqsədəuyğun sayıb.

Polşa millisində 29 oyuna 5 qol vuran hücumçu 2012-ci ilin yayına qədər 6 illik Fransa karyerası ilə tanınıb. 2011/12 mövsümünü “Lill”də keçirən polşalı bunadək 5 il “Oser”də çıxış edib. 2006-11-ci illərdə bu klubda 146 matça çıxan İreniuş 54 qol vurub. Bunların 44-ü Liqa 1, 5-i Fransa kuboku, 5-i avrokuboklara təsadüf edib. “Lill” karyerası uğursuz alınan forvard bu klubda 13 oyuna 1 qol vurub.
0