“Hətta ötən il millinin birinci qolunu da mən vurmuşdum”
07.02.2013 - 06:07
“Hətta ötən il millinin birinci qolunu da mən vurmuşdum”
“İlk hissədə islandiyalılar bir-biri ilə yaxın oynayırdılar. Buna görə də bizdə alınmırdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının DÇ-2014-ün seçmə mərhələsindəki rəqibi olan Rusiya yığmasının yarımmüdafiəçisi Roman Şırokov deyib. İslandiya (2:0) ilə yoldaşlıq görüşündə komandasının heyətində fərqlənən futbolçu oyundan sonra yerli mətbuata müsahibə verib.

Şırokov ötən il də rusların millidə ilk qolunu vurduğunu bildirib:

“Ancaq sonra biz qol vurmağı bacardıq və onlar açıldılar. Daha o qədər müqavimət göstərmədilər. Həmişə yığmada fərqlənmək mənim üçün xoş olur. Hətta ötən il millinin birinci qolunu da mən vurmuşdum”.