“Futbolda dopinq yoxdur”
08.02.2013 - 03:18
“Futbolda dopinq yoxdur”
“Bu çox incə vəziyyətdir. Amma mən düşünürəm ki, futbolda dopinq yoxdur”. Apasport.az saytının məlumatına görə, bu sözləri DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Portuqaliya yığmasının futbolçusu Kriştiano Ronaldo deyib. O, əminliklə bildirir ki, futbol dünyasında oyunçular keyfiyyətlərini yaxşılaşması üçün qadağan edilmiş preparatlardan istifadə etmirlər.

“Real”ın ulduz oyunçusu futbolun təmiz idman növü olduğunu vurğulayıb:

“Bu kollektiv idman növüdür. Düşünürəm ki, kiminsə şəxsi keyfiyyətlərini yaxşılaşdırmağa məna daşımır. Axı burada bütün komanda oynayır. Amma bütovlükdə mən 100 faiz əminəm ki, futbol təmiz idman növüdür”.

Qeyd edək ki, bir müddət əvvəl “Real Sosyedad”ın sabiq prezidenti İnyaki Badiola Bask klubunun futbolçularının 2001-2008-ci illərdə dopinq qəbul etdiyini açıqlamışdır. O, “AS” nəşrinə 2008-ci ildə “Real Sosyedad”ın həkimlər Eduardo Eskobar və Anton Qoroçateqanı ifşa edərək, onların qanunsuz fəaliyyətlərini rəsmən bəyan etmişdir.