Droqbanın İstanbula gələcəyi tarix dəqiqləşdi
08.02.2013 - 05:57
Droqbanın İstanbula gələcəyi tarix dəqiqləşdi
“Qalatasaray”ın transfer etdiyi futbolçu Didye Droqbanın İstanbula gələcəyi tarix müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Fil Dişi Sahili yığmasının heyətində Afrika Millətlər Kubokunda iştirakından sonra xüsusi işləri üçün İngiltərəyə getdiyi bilinən hücumçunun sabah axşam saatlarında Türkiyəyə gələcəyi dəqiqləşib.

“Şanxay Şenhua”nın sabiq forvardının fevralın 9-da tibbi müayinədən keçəcəyi gözlənilir. Həmçinin Droqba Superliqanın 21-ci turunda “Türk Telekom Arena”da “Qalatasaray”ın “Antalyaspor”la qarşılaşmanı tribunada izləyəcəyi də müəyyənləşib.