Rəqibimizdən əzmkar qələbə
08.02.2013 - 09:16
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avro-2015-dəki rəqiblərindən olan Norveç millisi növbəti yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, seçmə mərhələnin VIII qrupunda millimizlə birlikdə yer alan skandinaviyalılar Rusiya yığması ilə görüşüb.
İspaniyanın La Manqa şəhərindəki turnir çərçivəsində baş tutan matçda Norveç qalib gəlib - 2:1. Erkən qol buraxan rəqibimiz Berişa və Pedersenin ilk yarıdakı qolları ilə əzmkar qələbə əldə edib.
İspaniyanın La Manqa şəhərindəki turnir çərçivəsində baş tutan matçda Norveç qalib gəlib - 2:1. Erkən qol buraxan rəqibimiz Berişa və Pedersenin ilk yarıdakı qolları ilə əzmkar qələbə əldə edib.
0
0