“Santyaqo Bernabeu”nun atmosferi tamam başqadır”
08.02.2013 - 22:30
“Çempionlar Liqası “Real” üçün daha çox əhəmiyyət daşısa da iki komanda arasında seçim etmək çətindir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Hollandiya milli komandasının veteran futbolçusu Ruud van Nistelroy deyib. O, Avropanın ən mötəbər klub turnirinin 1/8 final mərhələsində qarşılaşacaq “Real”la “Mançester Yuanayted” haqda fikirlərini bildirib.
Hər iki klubun heyətində çıxış edən Nistelroy “Santyaqo Bernabeu” stadionunda olacağını vurğulayıb:
“İkisindən birini seçmək çətindir. Çünki bu, bir atanın uşaqları arasında ayrı-seçkilik etməsi kimi olar. “Santyaqo Bernabeu” stadionuna gedəcəyim dəqiqdir. Bu səyahət üçün lazımlı sənətləri həll etdim. Azarkeşlər orada həqiqətən böyük bir matça şahidlik edəcək. Çempionlar Liqasında “Santyaqo Bernabeu”nun atmosferi tamam başqadır. Mançesterdən bir çox azarkeş Madridə gələrək, komandalarını dəlicəsinə dəstəkləmək üçün yerlərini alacaqlar. Meydanda iki nəhəng komanda olacaq və o matçın ləzzətini çıxarmaq üçün mən də orada olacağam. Bu oyunların favorit yoxdur. Mənə görə Kriştiano Ronaldo və Van Persi ikilisindən kim daha yaxşı çıxış edəcək, onun komandası da üstünlüyü əlinə alacaqdır. Bu oyunçuların yaradacağı fərq, oyunun taleyini həll edəcək.”

0
0