“Transferlərimiz uğurlu alınmadı”
09.02.2013 - 19:43
“Transferlərimiz uğurlu alınmadı”
“Bugünkü oyunda təcrübə öz sözünü dedi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov səsləndirib. Gənc çalışdırıcı Topaz Premyer Liqasının 19-cu turunda “Neftçi” (0:3) ilə qarşılaşmadan sonra mətbuat konfransı keçirib.

O, komandanın transferlərinin uğurlu alınmadığını və məcburiyyətdən gənclərə yer verdiklərini ifadə edib: “Komandamız toplanışa gec yığıldı. Transferlərimiz uğurlu alınmadı. Məcburiyyətdən gənclərə yer verdik. “Neftçi” bu gün daha hazırlıqlı idi. Rəqib oyunçular fərdi ustalıqları baxımından da bizi üstələdi. Qapıçı problemi yaşayırıq. Fasilədə yaxşı qolkiper tapa bilmədik. Qarşıdakı oyunlara baxmalıyıq. Xallar qazanıb, bu vəziyyətdən çıxmağa çalışacağıq”.