“Arsenal” və Çelsi” qazandı, “Mançester Siti” uduzdu
10.02.2013 - 02:12
“Arsenal” və Çelsi” qazandı, “Mançester Siti” uduzdu
İngiltərə Premyer Liqasında 26-cı turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk matç günündə yeddi qarşılaşma baş tutub.

Evində “Viqan”ı qəbul edən “Çelsi” böyük hesablı qələbə qazanıb – 4:1. “Arsenal” səfərdə “Sanderlend”i tək qolla, “Tottenhem” isə doğma publika önündə “Nyukasl”ı iki topla üstələyib.

Günün sensasiyalı hesabı isə “Sauthemton” – “Mançester Siti” matçında baş verib. Bu görüşdə “şəhərlilər” rəqibinə 3:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının 26-cı turunun digər oyunları bu gün və sabah keçiriləcək.


İngiltərə Premyer Liqası

26-cı tur

9 fevral

“Tottenhem” – “Nyukasl” – 2:1
Beyl, 5; 78 – Qufran, 24

“Çelsi” – “Viqan” – 4:1
Ramires, 23, Hazard, 56, Lempard, 87, Marin, 90 – Maloney, 58

“Norviç” – “Fulhem” – 0:0

“Stok Siti” – “Ridinq” – 2:1
Hut, 67, Jerom, 81 – Mariappa, 83

“Sanderlend” – “Arsenal” – 0:1
Kasorla, 36

“Suonsi” – KPR – 4:1
Miku, 8; 67, Rangel, 18, Ernandes, 50 – Zamora, 48

“Sauthemton” – “Mançester Siti” – 3:1
Punçeon, 7, Deyvis, 22, Berri, 48-öz qapısına – Dzeko, 39.

10 fevral

“Aston Villa” – “Vest Hem”
“Mançester Yunayted” – “Everton”

11 fevral

“Liverpul” – “Vest Bromviç”