Cihan Özkaranın komandası “Trabzonspor”a qarşı
10.02.2013 - 05:38
Azərbaycan milli komandasının futbolçusu Cihan Özkaranın çıxış etdiyi “Sivasspor” bu gün növbəti oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, təmsilçimizin komandası Türkiyə Superliqasının 21-ci turunda evində “Trabzonspor”la münasibətlərinə aydınlıq gətirəcək.
Bir neçə gün bundan əvvəl yığmamızın Dubay toplanışından qayıdan Cihana baş məşqçi Rza Çalımbayın şans verməsi gözlənilir.
Qeyd edək ki, Sivas təmsilçisi 26 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. “Trabzonspor” isə 27 xalla 9-cu sıradadır. Hər iki komandalar aralarında keçirilən son 7 oyundan 6-da Qara dəniz klubu qalib ayrılıb. 1 qarşılaşma isə sülhlə başa çatıb.

0
0