Joze Mourinyo: “Real”dan sonra İngiltərəyə qayıdacağam
13.02.2013 - 00:45
Joze Mourinyo: “Real”dan sonra İngiltərəyə qayıdacağam
Bu gün Çempionların Liqasının 1/8 final mərhələsində “Mançester Yunayted”lə evində qarşılaşacaq “Real”ın baş məşqçisi Joze Mourinyo oyundan öncə mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırarkən maraqlı fikirlər səsləndirib.

Mourinyo ingilis klublarından birinin onun növbəti iş yeri olacağını vurğulayıb:

“Real”dan sonra mən İngiltərəyə qayıtmaq istəyərdim. Bu, nə vaxt olacaq? Baxarıq, amma məhz mən öz növbəti addımımı görürəm. Eşitdim ki, Ferqyusson karyerasını başa vurduqdan sonra mətbuat məni “Mançester Yunayted”ə göndərir. Düşünmürəm ki, bu mümkündür. Mən fikirləşirəm ki, biz futboldan eyni zamanda gedəcəyik. Mənim 70, Ferqyussonun isə 90 yaşı olanda”.

Joze bu mövsüm Madrid klubunun çıxışını da dəyərləndirib: “Biz bir neçə cəbhədə mübarizə aparırıq. La Liqada komandam rəqiblərimizdən geri qalır. Amma Çempionlar Liqasında və Kral kubokunda müvəffəqiyyət qazana bilərik. Həmişə demişəm, komandanın çıxışlarına qiymət vermək yalnız mövsümün sonunda olar. Çempionlar Liqasını götürmək. Buna çox məşqçilər nail ola bilmirlər. Lakin mən artıq iki dəfə bunu əldə etmişəm və üçüncüyə bel bağlayıram. Və sonuna kimi buna cəhd edəcəyəm. Bu ildə və ya növbəti ildə. Əminəm ki, mən buna müvəffəq olacağam”.