“Təəssüf ki, biz “Real”la pley-offda qarşılaşdıq”
13.02.2013 - 02:15
“Joze Mourinyo qarşıdakı matçı mükəmməl dəyərləndirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Mançester Yunayted”in baş məşqçisi Aleks Ferqyusson deyib. Şotlandiyalı çalışdırıcı bu gün baş tutacaq Çempionların Liqasının 1/8 final mərhələsindən öncə mətbuat konfransı keçirib.
Təcrübəli mütəxəssis pley-offda “Real”la qarşıladıqları üçün təəssüflənir:
“İki böyük klubun mübarizəsi, bizim komandamız üçün əla sınaqdır. Çünki onlar dünya futbol tarixini birgə yazıblar. Bizdə hər kəs sağlamdır və döyüşə hazırdırlar. Biz vaxtı ilə “Real”la çox üz-üzə gəlmişik. Hazırda “Mançester Yunayted” Premyer Liqa ən yaxın izləyicisini 12 xal qabaqlayır. Ronaldo indi daha yaxşı oynayırmı? O, vaxtı ilə “qırmızı şeytanlar”ın uğurları üçün tər tökürdü. Bəli, tamamilə doğrudur. Kriştiano indi daha yaxşı çıxış edir. Hazırda o, öz karyerasının pik nöqtəsində qərarlaşıb və növbəti üç il də belə olacaqdır. Bizdən Ronaldo hələ gənc olanda getdi. Təəssüf ki, biz “Real”la pley-offda qarşılaşdıq. Mən “Uembli”də “Kral klubu” ilə üz-üzə gəlmək istəyirdim”.

0
0