Konte “Seltik Park”a heyran qaldı
13.02.2013 - 05:29
Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçında “Seltik”i səfərdə 3:0 hesabı ilə məğlub edərək cavab oyunu öncəsi böyük üstünlük əldə edən “Yuventus”un baş məşqçisi Antonio Konte “Seltik Park”dakı atmosferdən təsirləndiyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı əhəmiyyətli bir qalibiyyət aldıqlarını ifadə edib.
O, nadir olaraq belə bir mənzərəyə şahidlik etdiyini vurğulayıb:
“Bu bizim üçün çox əhəmiyyətli bir qalibiyyət oldu. Mən belə bir atmosferlə çox az qarşılaşdım. “Seltik” oyunun əvvəlində üstün oynasa da təzyiqdən yaxşı sıyrıldıq. Onlar qarşılaşmanın tempini bir az aşağı saldılar. Və biz də təhlükələr yaradaraq qollarımızı vurmağa başladıq. İlk dəfə çıxış edən bir futbolçu üçün burada oynamaq çox çətindir. Arenada səs o qədər gəlirdi ki, oyunçularımla ünsiyyət qura bilməyirdim. Hər küncdən zərbə olduğu vaxt stadion oraya yıxılacaq kimi idi. Futbolçular Qlazqoda belə bir hesabla qalib gəldikləri üçün özləri ilə fəxr etməlidirlər”.

0
0