Elhad Nəziri Azərbaycan komandası üzərində qələbədə iştirak etdi
13.02.2013 - 10:48
Elhad Nəziri Azərbaycan komandası üzərində qələbədə iştirak etdi
Azərbaycan millisinin futbolçusu Elhad Nəziri Moldovanın “Milsami” klubunun heyətində Antalyada növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, müdafiəçi həmyerliləri – I divizion təmsilçimiz “Neftçala” üzərində qazandıqları 2:0 hesablı qələbədə iştirak edib. Əsas heyətdə meydana çıxan Nəziri 46-cı dəqiqədə əvəzlənib.