Bernhard Lippert: Bizə göstərilən etimadı doğrultmağa çalışacağıq
13.02.2013 - 11:07
“Azərbaycanda Pro kateqoriyalı məşqçilik lisenziyalarının alınmasının təsdiqlənməsi bizi sevindirir”. Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın texniki direktoru Bernhard Lippert deyib.
21 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi olan almaniyalı müətəxəssis UEFA-nın rəsmi saytına açıqlamasında Azərbaycanın Pro kateqoriyası üzrə məşqçilik konvensiyasına qəbul edilməsinə münasibət bildirib: “Bizə inanılmaz dərəcədə dəstəyə görə UEFA-ya təşəkkür etmək istəyirik. Xüsusilə, “Jira” layihəsinin işçi qrupunun üzvü Deni Riser, UEFA-nın texniki təlimatçısı Erik Rutemellerə təşəkkür edirik. Bizə göstərilən etimadı doğrultmağa çalışacağıq. Məşqçilərin tədris sektorundakı inkişafı davam etdirəcəyik. Bizim federasiyanın da bütün əməkdaşlarına təşəkkür edirəm ki, müsbət dəyişikliklərə nail olmağa kömək etdilər”.

0
0