Böyükağa Hacıyev: Hər şey “İnter”lə oyunda həll olunacaq
13.02.2013 - 18:30
“Komandamız oyundan-oyuna artırır. Ötən oyunla müqayisədə bu dəfə daha yaxşı təsir bağışladıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib. O, Topaz Premyer Liqasında IV turdan təxirə salınmış AZAL-la bugünkü səfər matçında 2:1 hesabı ilə qalib gələn komandasından razı qalıb.
Hacıyevin sözlərinə görə, qış fasiləsində Antalyada keçdikləri təlim-məşq toplanışının bəhrəsini görürlər: “AZAL-la matçda erkən qollar vurmaq istəyirdik və buna da nail olduq. Hər 2 qolu hələ ilk hissədə vura bildik. Düzdür, ikinci hissədə top buraxdıq. Ancaq “Neftçi” bundan sonra da ənənəsinə sadiq qalaraq, hücum futbolu oynadı. Biz rəqibə açıq futbol təklif etdik. Bu 3 xal bizim üçün çox vacib idi. Artıq turnir cədvəlində 2-ci yerdəyik və lider “İnter”dən 2 xal geri qalırıq. İndi hər şey onunla öz aramızdakı oyunda həll olunacaq”.

- "Atletik" Valverde ilə "yola davam" dedi - RƏSMİ
- “Fənərbaxça”nın futbolçusu evinin qarət olunması ilə bağlı xəbərlərə münasibət bildirib
- "Tottenhem" oyunçularına medal çatmadı, UEFA üzr istədi - VİDEO
- “Qalatasaray” millinin üzvü ilə müqavilə yeniləyəcək
- Enzonu ver, Rodriqonu al: "Real"dan "Çelsi"yə barter təklifi
0
0