Baroş “Qalatasaray”dan rəsmən ayrıldı
13.02.2013 - 22:39
Baroş “Qalatasaray”dan rəsmən ayrıldı
“Qalatasaray” hücumçusu Milan Baroşla yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, “Cim-Bom” çexiyalı futbolçu ilə müqaviləsinin müddətini qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Öncə bu xəbəri 32 yaşlı forvardla yaxından maraqlanan ölkəsinin “Banik” klubu rəsmi internet saytında açıqlayıb. Həmçinin Çexiya komandası Baroşu heyətinə qatmaq üçün danışıqlara başladıqlarını da ifadə edib. Bu xəbərdən təxminən 1 saat sonra İstanbul təmsilçisinin rəsmiləri Milanla rəsmən ayrıldıqlarını ictimaiyyətə bildirib.

Qeyd edək ki, Baroşun “Qalatasaray”la müqaviləsi hələ bu mövsümün yayında başa çatacaqdı.