Aykut Kocaman BATE-ni təriflədi
15.02.2013 - 05:15
Aykut Kocaman BATE-ni təriflədi
“Matça aid hər şey əvvəldən sona qədər alt-üst oldu. Öncə rəqiblə bağlı bir neçə söz söyləmək istəyirəm. BATE son dərəcə əla təşkil edilmiş, meydanda intizamı yüksək, yaxşı bir komandadır. Onlar Çempionlar Liqasında da əla nəticələr aldılar. Bu gün də olduqca yaxşı idilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Fənərbaxça”nın baş məşqçisi Aykut Kocaman deyib. O, Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyun günündə səfərdə “Fənərbaxça” ilə (0:0) oyundan sonra mətbuat konfransı keçirib.

Təcrübəli çalışdırıcı komandasının səfərdə sərfəli nəticə əldə etməsini dəyərləndirib: “Qarşılaşmaya çox istəkli başladıq. Ancaq olan, bir anda oldu. Matçın belə dəqiqələrində çox da rast gəlinən bir vəziyyət deyil, bir nəfər az qalmaq. Bu vaxtlardan sonra ediləcək ən yaxşı iş, turu keçmək üçün sərfəli hesab əldə etmək idi. Komanda da çox yaxşı mübarizə etdi. Hər kəs əlindən gələni etdi”.