Elxan Məmmədov: Bu turnir xeyli populyarlıq qazanıb
17.02.2013 - 10:00
Elxan Məmmədov: Bu turnir xeyli populyarlıq qazanıb
“Sevindirici haldır ki, ötən müddət ərzində Bakı Beynəlxalq Futzal Turniri xeyli populyarlıq qazanıb. Artıq müxtəlif komandalar bu turnirdə iştirakla bağlı özləri təşəbbüs göstərirlər”. Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

O, başa çatmış VI Bakı Beynəlxalq Futzal Turniri ilə bağlı fikirlərini açıqlayıb: “Builki yarışa hazırlıq işləri 7 ay əvvəl başlamışdı. İştirakçı komandaların nümayəndələri təşkilatçılığın yüksək səviyyədə olduğunu bildirirlər. Ümumilikdə, bu turnirin təşkilində əsas məqsəd ölkəmizdə futzalın, eyni zamanda sağlam həyat tərzinin təbliğidir. Azərbaycan milli komandası üçün bu yarış Avropa çempionatının seçmə mərhələsinə hazırlıq baxımından xüsusi əhəmiyyət kəsb edirdi. Millimizi turnirin qalibi olması münasibətilə təbrik edirəm”.

Mənbə: affa.az