“Son nöqtəni qoymaqda çətinliklə üzləşdik”
17.02.2013 - 10:29
“Belarus yığması erkən qol vurmağa müvəffəq oldu. Bundan sonra xeyli qol epizodu yaratsaq da, son nöqtəni qoymaqda çətinliklə üzləşdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva deyib.
Braziliyalı mütəxəssis VI Bakı Beynəlxalq Futzal Turnirinin finalında baş tutan Azərbaycan – Belarus oyunu haqda fikirlərini açıqlayıb: Təbii ki, əsas məqsədimiz Avropa çempionatının seçmə mərhələsinə hazırlaşmaqdır. Bu məqsədlə iki yoldaşlıq oyunu da keçirməyi planlaşdırırıq”.
Qeyd edək ki, yığmamız Belarusla oyunda 2:1 hesabı ilə qalib gəlib.

0
0