Yığmamız Çin, Estoniya və Ukrayna ilə eyni qrupda
19.02.2013 - 18:51
Yığmamız Çin, Estoniya və Ukrayna ilə eyni qrupda
19 yaaşdək qızlardan ibarət Azərbaycan milli komandası Rusiyada keçiriləcək “Kuban Baharı-2013” turnirində iştirak edəcək. Apasport.az saytının məlumatına görə, Rusiya Futbol İttifaqı martın 5-17-də Soçidə keçiriləcək ənənəvi beynəlxalq turnirin iştirakçılarını və təqvimini açıqlayıb.

12 komandanın 3 qrupda yarışacağı turnirdə Patrisiya Qonzalesin yetirmələri C qrupunda Çin. Estoniya və Ukrayna ilə mübarizə aparacaq. A qrupunda KXDR, Rumıniya, İran və Krasnodar vilayətinin yığmaları, B qrupunda isə Rusiya, Slovakiya, ABŞ və Türkiyə çıxış edəcək.

Millimiz martın 6-7-də baş tutacaq ilk turda Estoniya, 8-də Çin, 10-da Ukrayna ilə qarşılaşacaq. Hər qrupda ilk 2 yeri tutanlar və 3-cü yeri tutanlardan iki ən yaxşı göstəriciyə malik olanı 1/4 finala yüksələcək.

Uğursuz 4 komanda martın 11, 13 və 15-də dairəvi sistemlə 3 turda 9-12-ci yerlər uğrunda mübarizə aparacaq. Digər 8 komanda isə martın 12-də 1/4 finalda görüşəcək. Ayın 14-də yarımfinallar və 5-8-ci yerlər uğrunda qarşılaşmalar baş tutacaq. Martın 16-da isə həlledici matçlar keçiriləcək.
0