Millimizin futbolçusunun komandası heyətini gücləndirdi
20.02.2013 - 00:15
Millimizin futbolçusunun komandası heyətini gücləndirdi
Azərbaycan millisinin futbolçusu Şamil Qurbanovun bu il transfer olunduğu Rusiyanın “Baltika” klubu daha bir oyunçu ilə heyətini gücləndirib. Apasport.az saytının məlumatına görə, Kalininqrad təmsilçisi BATE-nin hücumçusu Maksim Skavışla anlaşıb.

Təmsilçimizin komandası 23 yaşlı futbolçunu 31 may 2013-cü il tarixinə qədər icarəyə götürüb.

Qeyd edək ki, I divizionda mübarizə aparan “Baltika” 21 oyundan sonra 32 xal toplayıb və turnir cədvəlində 6-cı yerdə qərarlaşıb.