“Simurq” hazırlıqlara tam heyətlə davam edir
21.02.2013 - 03:25
Topaz Premyer Liqasının XXI turunda “Bakı” ilə üz-üzə gələcək “Simurq” hazırlıqları ara vermədən davam etdirir. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, ötən gün növbəti məşqinə çıxan Georgi Çixradzenin yetirmələri əsasən texniki və taktiki çalışmalardan ağırlıqlı tapşırıqlar üzərində işləyib.
Qapıçılar Dmitri Kramarenko, David Petjkeviç və Eyyub Əliyev qapıçılarla işləyən məşqçi Emil Babayevin rəhbərliyi altında xüsusi məşq edib.
Hazırda tam heyətlə paytaxt təmsilçisi ilə görüşə hazırlaşan “Simurq” bu gün son məşqinə çıxacaq. Bundan sonra istirahətə çəkiləcək Zaqatala klubu qarşılaşmanın başlama vaxtını gözləyəcək.
Qeyd edək ki, “Simurq” - “Bakı” qarşılaşması fevralın 22-də baş tutacaq.

0
0