“Şalke” “Qalatasaray”la oyunla bağlı UEFA-ya şikayət edəcək
21.02.2013 - 18:55
“Şalke” Çempionlar Liqasının 1/8 final mərhələsində “Qalatasaray”la 1:1 hesablı bərabərliyə qaldığı səfər matçı ilə bağlı UEFA-ya şikayət edəcək. Apasport.az saytının məlumatına görə, almaniyalılar rəqibin qış fasiləsində heyətinə cəlb etdiyi Didye Droqba ilə bağlı iddia qaldırıb.
Belə ki, “Şalke” Fil Dişi Sahilindən olan hücumçunun turnirdə iştirakına icazə verilməsi ilə bağlı razılığın bütün hüquqi normalara uyğun olmağına şübhə edir. Bu da Didyenin yanvarda Çinin “Şanxay Çenxua” klubundan qalmaqalla ayrılmağı ilə bağlıdır. Nəticədə çinlilər afrikalı futbolçunun onlarla müqaviləsi olduğuna görə “Qalatasaray”a qanunsuz keçidi ilə bağlı FİFA-ya və UEFA-ya şikayət etmişdi.
FİFA türkiyəlilərə yeni transferini oynatmağa rəsmən icazə versə də, Almaniya təmsilçisi Droqbaya görə texniki qələbə əldə etməyə çalışır.

- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
0
0