Qurban Berdıyev: Avropanın ən yaxşı klublarından birini məğlub etdik
22.02.2013 - 02:58
Qurban Berdıyev: Avropanın ən yaxşı klublarından birini məğlub etdik
“Düşünürəm ki, biz güclü “Atletiko”nu əziyyətlə keçdik. Mən bunun üçün uşaqlara təşəkkür edirəm. Hücumda bir çox zədələnmə oldu. Amma bütövlükdə Avropanın ən yaxşı klublarından birini məğlub etdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin futbolçusu Ruslan Abışovun komandası “Rubin”in baş məşqçisi Qurban Berdıyev deyib. O, Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyun günündə evində “Atletiko” (0:1) ilə matçdan sonra fikirlərini bildirib.

Təcrübəli çalışdırıcı Navasa verilən qırmızı vərəqəyə də toxunub: “Mən hesab edirəm ki, orada Navasa qırmızı vərəqə verilməməli idi. Düzdü, o, sərt oynamışdı. Hətta bu, pis nəticələnə bilərdi. Amma hakim onu meydandan uzaqlaşdırmalı deyildi”.