Aykut Kocaman: Çox güc sərf etdik
22.02.2013 - 04:49
Aykut Kocaman: Çox güc sərf etdik
Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyun günündə evində BATE-ni 1:0 hesabı ilə məğlub edən “Fənərbaxça”nın baş məşqçisi Aykut Kocaman matçdan sonra mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı komandasının qələbəsini şərh edib.

O, “sarı bülbüllər”in matçda fərqləndikdən sonra çox güc sərf etdiyini bildirib: “11 gündə 4-cü oyunumuzu keçirdik. İlk matçda 10 nəfərlə 0:0, ikinci matçda da növbəti mərhələni təmin edəcək qolu vurduqdan sonra çox güc sərf etdik. Nəticə olaraq əsas məqsədimiz 1/8 finala keçmək idi”.

Qeyd edək ki, “Fənərbaxça” 1/8 finalda Çexiyanın “Viktoriya” klubu ilə qarşılaşacaq.