“Qarabağ” “Rəvan”ın ümidlərini qırdı
22.02.2013 - 17:07
Bakının “Rəvan” klubunun Topaz Premyer Liqasının final mərhələsində 2-ci “altılıq”da çıxış edəcəyi rəsmiləşib. Apasport.az saytının məlumatına görə, XXI turun bu gün baş tutan oyununda “Qarabağ”a 2:3 hesabı ilə uduzan paytaxt təmsilçisinin 7-12-ci yerlər uğrunda oynayacağı dəqiqləşib. Belə ki, “Rəvan”ın 6-cı yeri tutmaq üçün olan nəzəri şansları ağdamlılarla oyunda tükənib. Bu məğlubiyyət bakılıların 5 xal fərqini aradan qaldırmaqla bağlı ümidlərini qırıb. İndi 6-cı yerdə olan “Xəzər Lənkəran”dan 5 xal geridə qalan “Rəvan”ın cəmi 1 oyunu qalıb. Bu isə onlar üçün ilk “altılığ”ı əlçatmaz edir.
Qeyd edək ki, “Rəvan”a qədər “Kəpəz” və “Turan”ın da 2-ci “altılıq”da oynayacağı dəqiqləşmişdi.
Qeyd edək ki, “Rəvan”a qədər “Kəpəz” və “Turan”ın da 2-ci “altılıq”da oynayacağı dəqiqləşmişdi.
0
0