“Bavariya”nın prezidentindən Neymar açıqlaması
22.02.2013 - 21:31
“Bavariya”nın prezidentindən Neymar açıqlaması
“Bavariya”nın prezidenti Uli Höness Neymarın komandasına transfer olması istiqamətində çıxan iddialarla əlaqədar açıqlama verib. Apasport.az saytının məlumatına görə, klub rəhbəri braziliyalı futbolçunun Münhen təmsilçisinə keçəcəyi ilə bağlı xəbərləri təkzib edib.

O, Neymarın DÇ-2014-dən sonra “Santos”la müqavilə bağlayacağını və onun komandasına transfer olmayacağını bildirib. Höness bunun maddi baxımdan da özləri üçün çətinlik yaradacağını ifadə edib: “Növbəti bir neçə il ərzində çox bahalı oyunçu almağı düşünmürük. Ötən il Xavi Martinesə 40 milyon avro verdik. DÇ-2014-dən Braziliya forması geyinəcək olan ulduzun, yaxın qaynaqlardan əldə edilən məlumatlara görə, Almaniyaya gəlmək istədiyi deyilir. Mən bunu çox uyğun görmürəm. Əgər Neymar gələsi olsa, bizim qapımız onun üzünə açıq olacaq. Açığı onun transferi mövzusu bir çox ölçülərdə qarışıq məsələdir”.
0